Rusiyada elm adamları Kamçatka üzərindən keçən meteoritin atmosferdə partlamasını qeydə alıblar.
7times.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidməti” federal tədqiqat mərkəzinin Kamçatka filialının direktoru Danila Çebrov “RİA Novosti”yə məlumat verib.
Mütəxəssislər hadisə şahidləri tərəfindən lentə alınan videonu əldə etdikdən sonra atmosferə daxil olan meteoritin siqnalını axtarmağa başlayıblar. Sözügedən video sosial şəbəkələrdə aktiv şəkildə paylaşılıb. Videoda meteoritin uçuşu və partlaması qeydə alınıb.
“Mütəxəssislər Naçiki kəndində yerləşən infrasəs stansiyasına görə, 11 yanvarda Kamçatka vaxtı ilə saat 08:09-da (Moskva vaxtı ilə 10 yanvar saat 23:09) Kamçatkanın qərb sahili yaxınlığında atmosferə daxil olan bir meteoritin siqnalını müəyyən ediblər. Məhv olmazdan əvvəl meteoritin atmosferin sıx təbəqələrində hərəkəti 55 saniyə davam edib”,- deyə Çebrov qeyd edib. qafqazinfo