Kamerunun cənub-qərbində Sahilyanı bölgəsindəki Edea şəhəri yaxınlığında avtobus və yük maşınının toqquşması nəticəsində azı 19 nəfər ölüb.
7Times.az ABC News-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat naziri Jan-Ernest Massena Nqalle Bibehe deyib.
Məlumata görə, qəza Duala-Edea yolunda polis postunun yaxınlığında baş verib.
İlkin versiyaya görə, avtobus sürücüsü idarəetməni itirərək əks istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Qəza nəticəsində bir neçə nəfər də xəsarət alıb, onların sayı dəqiqləşdirilməyib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Follow @7timesaz