Dünya

Kanadada ilk dəfə COVID-19-dan ölüm qeydə alınmayıb

Kanadada ilk dəfə COVID-19-dan ölüm qeydə alınmayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada mart ayından bəri ilk dəfə koronavirusdan ölüm baş verməyib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, məlumatı ölkənin İctimai Səhiyyə Agentliyi yayıb.

Sentyabrın 11-də Kanadada 702 nəfər koronavirusa yoluxub, amma ölüm faktı qeydə alınmayıb. Bununla da yoluxma hallarının sayı 135 626-ya yüksəlib. Onlardan 9 163 nəfər ölüb, 11 674 nəfər sağalıb.

Qeyd edək ki, Kanadanın əksər əyalətlərində karantin məhdudiyyətlərinin yumşaldılmasından sonra yoluxma hallarının sayında cüzi artım müşahidə edilib.