“Barselona”nın cari mövsümün sonunadək “Mançester Siti”dən icarəyə götürdüyü Joau Kanselunun agenti Jorje Mendeş gələn həftə İngiltərə təmsilçisinin rəhbərliyi ilə görüşməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı “Mundo Deportivo” yayıb.
Xəbərə görə, Mendeş “şəhərlilər”in bosslarından 29 yaşlı müdafiəçini cari mövsümün sonunda, 20 milyon avro qarşılığında Kataloniya klubuna satmağı xahiş edəcək. Mənbə Kanselunun icarə müqaviləsinin müddətinin artırılması variantının da qüvvədə qaldığını vurğulayıb.
Qeyd edək ki, cari mövsüm “Barsa” forması ilə bütün turnirlərdə 32 matça çıxan Kanselu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı portuqaliyalı futbolçunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Follow @7timesaz