Vaşinqtonda ABŞ Konqresi binasının (Kapitoli) yaxınlığında hüquq-mühafizə orqanlarına hücum edən kişinin şəxsiyyəti müəyyənləşdirilib. O, İndiana ştatının sakini Noa Qrindir.
Bu barədə 7times.az MSNBC telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Qrinin 25 yaşı var idi. O, feysbuk səhifəsində radikal islamçılığa dəstəyini ifadə edirdi.
Qeyd edək ki, cümə günü N.Qrin idarə etdiyi avtomobillə bardürlərə çırpılmasından sonra bıçaqla maşından düşüb, polis isə bu zaman ona atəş açıb. Vaşinqton Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən Robert Konti hadisənin terrorla əlaqəli olmadığını deyib. Hadisə ilə əlaqədar Kapitolinin binası giriş və çıxışa bağlanıb, əməkdaşlara pəncərələrə yaxınlaşmağı qadağan ediblər.
“NBC News” N.Qrinin xəstəxanada öldüyü barədə məlumat yayıb. Bundan başqa, insident zamanı yaralanan polis əməkdaşı Uilyam Evans həyatını itirib. Sonuncunun vəfatı ilə əlaqədar Prezident Co Bayden ölkədə və ölkə xaricində hökumət binalarındakı ABŞ bayraqlarını endirməyi tapşırıb. qafqazinfo.az
Follow @7timesaz