Dünya

Karantin vaxtı qonaqlıqda iştirak edən komissar İSTEFA VERDİ

Karantin vaxtı qonaqlıqda iştirak edən komissar İSTEFA VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ticarət Komissarı Fil Hoqan İrlandiyada kütləvi toplatıya qatılaraq karantin qaydaların pozduğuna görə yaranan siyasi qalmaqal səbəbindən istefa verib.

7times.az “The Irish Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Fil Hoqan özü açıqlama verib.

“İrlandiyaya səfərimin bu qədər narahatlıq və məyusluq yaratdığına görə çox təəssüflənirəm. İrlandiyada COVID-19 səbəbiylə tətbiq olunan bütün məhdudiyyətlərə riayət etməyə çalışmışam. COVID-19-un fərdlər və ailələr üzərində yaratdığı dağıdıcı təsirləri başa düşürəm və dövlət işində çalışan birindən gözlənildiyi bir vaxtda həmin şəxslərin qaydalara əməl etməməsinin yaratdığı qəzəbi tamamilə anlayıram. Qeyd etmək vacibdir ki, mən heç bir qanunu pozmamışam”,- deyə Hoqan qeyd edib.

Qeyd edək ki, Fil Hoqan İrlandiyanın qərbində yerləşən bir qolf klubunun ev sahibliyi etdiyi yeməyə qatılıb. Tədbirdə siyasətçi ilə birlikdə 80-dən çox qonağın qatıldığı və bunun ölkədə tətbiq olunan karantin qaydalarına zidd olduğu bildirilib.

Eyni toplantıya qatılmış İrlandiyanın Kənd Təsərrüfatı naziri Dara Kalliri də baş vermiş qalmaqaldan sonra vəzifəsindən istefa verib. qafqazinfo