Dünya

Karib dənizində güclü zəlzələ baş verib

Karib dənizində güclü zəlzələ baş veribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karib dənizindəki Vircin adaları sahillərində 5,3 maqnitudalı zəlzələ baş verib.

7Times.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də (Bakı vaxtı ilə 10:58) təxminən 8,4 min nəfər əhalisi olan Roud Taun şəhərindən (Britaniya Virciniya adaları) 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ dərinliyi 20 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.