Dünya

Kazanda məktəbdə SİLAHLI İNSİDENT – Ölənlərin sayı 13-ə çatdı – YENİLƏNİB

Kazanda məktəbdə SİLAHLI İNSİDENT – Ölənlərin sayı 13-ə çatdı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

7times.az xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.

Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açan yeniyetmə olub. O, saxlanılıb.

**** 11:49

Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada bir müəllim və 8 şagird ölüb.

7times.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. İlkin məlumata görə, atəş açanlardan biri saxlanılıb. Hazırda uşaqlar evakuasiya olunur.

Olay şəhərin 175 nömrəli məktəbində baş verdiyi güman edilir. unikal.org