Ölkə

Keçmiş kürəkən dəhşət saçdı: Həyat yoldaşını, qayınana və qayınatasını … – Şəmkirdəki hadisənin TƏFƏRRÜATI

Keçmiş kürəkən dəhşət saçdı: Həyat yoldaşını, qayınana və qayınatasını … – Şəmkirdəki hadisənin TƏFƏRRÜATIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

7Times.az  xəbər verir ki, hadisə Şəmkir rayonunun Düyərli kəndində qeydə alınıb.

 

1972-ci il təvəllüdlü İlham Hüseynov, 1995-ci il təvəllüdlü Nübar Qənbərli və 1976-ci il təvəllüdlü Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

 

Dərhal yaralılara yardım edilib.

 

Onlardan İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisəni törədən 1991-ci il təvəllüdlü Sahib Heydərov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (apa)