20 və 21-ci çağırış millət vəkili Mustafa Bayramın nəvəsi Emin Bayram və 23-cü çağırış millət vəkili Saffet Kayanın qızı Merve Kayanın toy mərasimində cütlüyə 2 milyon lirə və 4 kiloqram qızıl hədiyyə edilib.
7Times.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toy Ankarada hotellərin birində baş tutub.
Oğlan evi qızı almağa 100 avtomobillik toy karvanı ilə gəlib. 1500 qonağın qatıldığı mərasimdə Ali Məhkəmənin sədri Mehmet Akarca, Türkiyə parlamentinin keçmiş sədri Köksal Toptan, keçmiş daxili işlər naziri Efkan Ala və Abdülkadir Aksu, keçmiş enerji və təbii sərvətlər naziri Taner Yıldız kimi bir çox siyasi xadimlər iştirak edib.
Follow @7timesaz