“Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb”.
7times.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması barədə Ermənistan mətbuatının iddialarına münasibət bildirərkən deyib.
“Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”, – deyə o bildirib.
Follow @7timesaz