Maqazin

Kenan İmirzalioğlundan “Kurtlar Vadisi Kaos” AÇIQLAMASI!

Kenan İmirzalioğlundan “Kurtlar Vadisi Kaos” AÇIQLAMASI!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin reytinq rekordlarını alt-üst edən “Kurtlar Vadisi” serialı yenidən ekranlara qayıtmağa hazırlaşır.

7times.az xəbər verir ki, yeni sezonda çox güclü bir heyət qurmaq istəyən əfsanəvi serialın, məşhur aktyor Kenan İmirzalioğlunu transfer edəcəyi iddiaları sürətlə yayılıb. Hətta bu haqda 46 yaşlı aktyor özü də jurnalistlərə açıqlama verib:

“Mən də “Kurtlar Vadisi” xəbərlərini mediadan öyrəndim. Lakin aktyorluğu buraxmamışam. Hər hansı bir təklif yoxdur, amma təklif gəlsə niyə də olmasın?”

Türkiyə mediasının yazdığı xəbərlərə əsasən dünyaca məşhur serial yeni sezonda “Kurtlar Vadisi Kaos” adı ilə yayımlanacaq. Hətta serialın yeni kanal ilə müqavilə imzaladığı və çəkilişlərə qısa zamanda başlayacağı iddia olunur.

Elmir Kərimli