“Boş verib, başını aşağı salıb işinlə məşğul olmaq lazımdır. Heç birimizin ixtiyarı yoxdur kiməsə mız qoyaq”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif “Şourum” proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən danışıb:
“Baxışların xətrinə hər gün bunu görürük. Boş versinlər. Hər kəsin öz gözəl meydançası var… Mənim də var, söz demək istəyəndə, çıxıb deyirəm. Heç kim mənim sözümü yoza bilməz. Bizim komandamızın vəkili var. Mən kənarda dayanmışam. Hansısa təhqir yazılanda vəkilə verirəm, dururam kənarda. Vəkil də nə lazımdır edir, nəticəni mənə verir. Dəfələrlə belələri cəzalandırılıb. Qətiyyən olmaz təhqir etmək”.
Follow @7timesaz