Dünya

Kənddə DƏHŞƏT: İşgəncə verilib ağacdan asılmış meyit tapıldı

Kənddə DƏHŞƏT: İşgəncə verilib ağacdan asılmış meyit tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şırnakın Uludere rayonunda boynundan kəndirlə ağacdan asılmış işgəncələrə məruz qalan kişi meyiti tapılıb.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, cəsədin TIR sürücüsü, 30 yaşlı Bedirhan Kilimə aid olduğu müəyyən edilib..

Hadisə axşam saatlarında rayonun Uludere kəndində baş verib. Kənd çölündə ağacdan boynundan kəndirlə asılmış, əlləri arxadan bağlanmış kişi meyiti tapılıb. Hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.

Qrupların ilk araşdırmasında cəsədin TIR sürücüsü Bedirhan Kilimə aid olduğu, bədənində bıçaq və işgəncə izlərinin olduğu müəyyən edilib. Hadisə ilə bağlı araşdırma başlanarkən, şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlanılıb.