Mən artıq içkisiz yaşaya bilmirəm.Bu sözləri tanınmış yazıçı Kəramət Böyükçöl öz facebook hesabında qeyd edib.
“Mən alkoqolizm xəstələyindən çox ciddi əziyyət çəkirəm. Kim istəyir gülsün, ya kim istəyir təəssüflənsin. Artıq içkisiz yaşaya bilmirəm. Hətta içmədiyim vaxtlarda belə yanımda hər ehtimala qarşı içki gəzdirirəm. Yanımda yüzlərlə adam olsun, əlimin altında da bir içki şüşəsi, mən o yüzlərlə adama yox, əlimin altında olan içki şüşəsinə daha çox inanıram. Mənə elə gəlir ki, o adamarın hamısı mənə xəyanət edəcək, amma bu şüşə yox. Ona görə onu üstümdə gəzdirirəm, içməsəm belə.”
Follow @7timesaz