Ölkə

Kərəm Mustafayevin qızlarının Londondakı elit restoranı – Fotolar

Kərəm Mustafayevin qızlarının Londondakı elit restoranı – Fotolarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonun Foley küçəsində eyniadlı elit restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır.

7Times.az xəbər verir ki, bu barədə araşdırmacı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, restoran Londonda fəaliyyət göstərən iki şirkət – FOLEY’S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur.

Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib.