Belarus kartofunun qıtlığı süni şəkildə və daxili siyasi səbəblərdən yaranıb.
7Times.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Dövlət Nəzarəti Komitəsi bəzi rəqəmləri yoxlayanda məlum oldu ki, məsələ siyasətlə bağlıdır. Kifayət qədər kartof var idi, amma onu hardasa saxlayırdılar ki, göstərsinlər ki, prezident qiymətə müdaxilə edib, ona görə də nəticə belədir. Amma qandallı gətiriləndə kartof üzə çıxır”, – deyə Lukaşenko bildirib.
Qeyd edək ki, bundan əvvəl Lukaşenko həm Belarus, həm də Rusiyanın kifayət qədər kartofla təmin edilməsi ilə bağlı tapşırıq verib.
Follow @7timesaz