Dünya

Kılıçdaroğlu seçiciləri təhqir etdi: “Ərdoğana səs verənlər…”

Kılıçdaroğlu seçiciləri təhqir etdi: “Ərdoğana səs verənlər…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ikinci turda Prezident Ərdoğana səs verən seçicilərin günah işlətdiyini bəyan edərək, ona səs verməməyə səslədi.

7Times.az xəbər verir ki, “Fox” Tv-nin qonağı olan Kılıçdaroğlunun cəmiyyətdə heyrət doğuran açıqlama ilə çıxış edib:

 

“Ərdoğana səs verənlər bunu etməyin, günaha girməyin. Səmimi müsəlman belə böyük günah etməz. Hər kəs əxlaqlı, ədəb-ərkanlı olmalıdır.

Dövlətini, gələcəyini, övladlarını düşünürsənsə, gedib bir də fikirləşib ona uyğun səsini ver”.

MHP seçicilərinə də səslənən Kılıçdaroğlu deyib:

“Özlərini millətçi, yəni MHP kimi tanıdan qardaşlarıma səslənirəm. Əgər cinayətə şərik olmaq istəmirsənsə, mənə də səs vermək istəmirsənsə, o zaman səsverməyə getmə. Bu günaha şərik olma. Səs versən millətçi deyilsən”.