Dünya

Kim Çen İn daha 20 kq arıqladı

Kim Çen İn daha 20 kq arıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen İn həqiqətən 20 kq arıqlayıb.

7times.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya kəşfiyyatının nümayəndəsinə istinadla “Blumberq” yayıb.

Kəşfiyyatçılar bildiriblər ki, 2019-cu ildə Kimin çəkisi 140 kq olub, ancaq bundan sonra o, özünü formaya salmağı bacarıb.

Kim Çen İnin arıqlaması onun xəstəliyi ilə bağlı şayiələri gündəmə gətirsə də, kəşfiyyat onun sağlam olduğu qənaətindədir.

Qeyd edək ki, Kim ötən gün xalqa müraciətində Çinlə sərhədin bağlanması səbəbindən qida çatışmazlığının 20205-ci ildək davam edəcəyini və deyilən ilə qədər “az yeməyi” məsləhət görmüşdü. Belə görünür ki, lider özü “az yeməkdə” xalqa nümunə göstərir. Axar.az