“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın gürcü vingeri Xviça Kvaratsxeliyanın komandadakı gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, “Corriere dello Sport” onun dediklərini belə çatdırıb:
“Transfer bazarının necə işlədiyini bildiyimizi nəzərə alsaq, bizim üçün ürəyi “Napoli” ilə döyünməyən futbolçunu yola salmaq problem deyil. Hətta müqaviləsinin müddəti başa çatan istənilən oyunçu ilə vidalaşmağa hazırıq. Kimsə özünü neapollu saymırsa, qapı açıqdır. Biz artıq komandanı yeniləmişik. Gənclər bilirlər ki, bu kollektivdə əsl komanda ruhu, birlik var.
Kvaratsxeliya? O, ötən yay artıq 5 illik müqavilə imzalayıb”.
Follow @7timesaz