Dünya

“Kim rusları aşağı qiymətləndirirsə, məğlubiyyətə məhkumdur”-Ukrayna generalı

“Kim rusları aşağı qiymətləndirirsə, məğlubiyyətə məhkumdur”-Ukrayna generalıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusu hələ də Ukrayna üçün ciddi təhlükə yaradır, ona görə də onu aşağı qiymətləndirmək olmaz”.

7Times.az  xəbər verir ki, bu fikri dekabrın 15-də “The Economist” jurnalına müsahibəsində Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Aleksandr Sırski yazıb.
“Ruslar axmaq deyil və onlar zəif deyillər. Kim onları aşağı qiymətləndirirsə, məğlubiyyətə məhkumdur”, – Sirski belə deyib.
Onun sözlərinə görə, indi işğalçılar taktikanı dəyişirlər. Onlar kiçik, lakin yaxşı koordinasiya olunmuş dəstələrdə hücuma keçirlər, bu da əsgərlərin həyatı baxımından baha başa gəlir. Lakin bu, yəni əsgərlərinin həyatı  “Rusiya üçün heç vaxt ən yüksək prioritet olmayıb”.
“Mənsə hər hansı canlı itkimizi birbaşa burada, ürəyimdə  hiss edirəm”, – deyə Sırski sinəsinə vuraraq vurğulayıb.
O, həmçinin əlavə edib ki, hər gün əsgərlərindən 300-ə yaxın mesaj alır.
Moderator.az