Maqazin

“Kimsə “məndə paxıllıq yoxdur” deyirsə, qələt edir,  ən böyük paxıl özüdür” 

“Kimsə “məndə paxıllıq yoxdur” deyirsə, qələt edir,  ən böyük paxıl özüdür”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şou-biznes əhli hər nə qədər maraqlı layihələri və ifaları ilə gündəmə gəlsələr də, onların geyimləri və aksessuarları da ən az təqdimatları qədər müzakirə obyektinə çevrilir.

Bizim məşhurlar da bu kimi məsələləri əlində bayraq tutub, əyin-başlarına bir ətək pul xərcləyirlər. Görünüşündən tutmuş, geyiminə və taxdığı sərvət dəyərində aksesuarlara kimi diqqətlə yanaşırlar.

Lakin onlar bahalı geyim və aksessuarlarına bəzən izləyicilərin sərt tənqidi ilə üzləşirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev şou adamlarının bahalı paltarlarının imkansız əhalidə qıcıq yaratmasının başadüşülən olduğunu bildirib:

“Düzdür, sənət adamları sadə vətəndaşlardan seçilməlidir, çünki səhnədə olurlar, amma indiki durumda – hər şeyin bahalaşdığı, infilasiya vəziyyətində bəzi insanların heç çörək almağa pulları yoxdur. Bütün bunları nəzərə almaq lazımdır, belə vəziyyətdə müğənnilərin bahalı geyimləri, aksesuarları insanları təbii ki, qıcıqlandırır. Onlar düşünür ki, mən bir tikə çörək ala bilmirəm, amma şou-biznes əhli paltara bir ətək pul tökür.

Müğənnilərin də qonşuları olan sadə vətəndaşlar var, onlar görür ki, müğənnilər ağına-bozuna baxmadan hər şeyi alırlar, necə istəyirlər o cür yaşayırlar, zənbillərlə ərzaq daşıyırlar, bu da normal olaraq qıcıq yaradır. Axı sən tək yaşamırsan, cəmiyyətin arasındasan. Sən özünü seçilmiş kimi aparırsan, amma o biri yazıqlar sanki lənətlənmişlərdir, pis gündə yaşayırlar. Bu hər bir insanda qıcıq yaradır, kimsə “məndə paxıllıq yoxdur” deyirsə, qələt edir, elə ən böyük paxıl özüdür.

İnsanlar hər zaman fikirləşir ki, məndə yoxdursa, onda niyə olsun? Atalar yaxşı deyib, palaza bürün, elnən sürün”.

Ə.Mirəliyev qeyd edib ki, hər zaman sadə xalqla ayaqlaşmağa çalışıb:

“Mən özümü adi insan kimi aparıram. Hamı mənimlə məsləhətləşir. Demək ki, onlarda mənə qarşı inam, etibar var. Görün, mətbuatda mənim haqqımda bir dəfə yazılıbmı ki, “Əli Mirəliyev bahalı nəyi iləsə gündəmə gəldi”. Mənim haqqımda ancaq “Əli Mirəliyev” öldü xəbərləri çıxır. Onu da elə şou-biznes nümayəndələri yayırlar. Mən də onlara fikir vermirəm, deyirəm, yazın, yazın, daha da ömrümü uzadırsınız. Belələrinin gücü ancaq mərdiməzarlığa çatır. Sabah-birigün yıxılıb ölsəm, heç kim tabutu görənə qədər inanmayacaq”.