Maqazin

“Kimsənin atasına borclu deyiləm” – Rəqsanə ilə Damla arasında qalmaqal

“Kimsənin atasına borclu deyiləm” – Rəqsanə ilə Damla arasında qalmaqalbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənnilər Rəqsanə İsmayılova və Damla arasında qalmaqal yaşanıb.

7Times.az  olay-a istinadən xəbər verir ki,  bu barədə Rəqsanə “Həmin Zaur” proqramında açıqlama verib. Sənətçinin sözlərindən məlum olub ki, Damla ilə münasibətinin pozulmasına səbəb sonuncu dəfə təqdim etdikləri “Ay ürəyim” mahnısıdır:

“Kimsə mənə çətin anda bir addım gəlsə, əlimdən tutsa, ömür boyu onun qulu olaram. Kimsənin atasına borclu deyiləm, deyirlər, yaxşılıq edib başa vurur. Yaxşılıq bir-iki dəfə edilər, onun müqabilində də təşəkkürü xala xətrin qalmasın deyə deyirlər. Xeyirdir? Həyat yoldaşım mənimlə evlənməyib ki, kiminsə problemini həll edim. Bir qadın kimi elə addımlar atmışam ki, bunu bəzi kişilər edə bilməz.

Mən Afşinin (Afşin Azəri) yanına getdim, 8 mahnı təqdim etdi, mənə mahnı qiyməti dedi, başa saldım ki aranjımanı özüm etdirəcəm. Sadəcə 300 manat behi verdim, sonra gedəsi oldum. Biz restorana getdik, yedik-içdik, hesabı ödədim, prodüserim Nigar ona 2 min manat pul verdi, dedi, bu pulu götür, Moskvaya gedək qayıdanda digər məsələləri həll edək. Sonra Nigar zəng etdi ki, o pulu götürmədi, səndən 35 min manat istəyir. Mən də dedim ki, elə o pulla gedərəm Türkiyədən mahnı alıb gələrəm. Bu hadisə həmin müğənni ilə iki dəfə başımıza gəlib. Aranjıman bitdi, mahnını oxuyub qurtardım, Afşinə dedim ki, gəlib sənə sürpriz edəcəm. Aranjıman edən oğlan sonra zəng etdi ki, burada qırğın gedir, həmin mahnını deyirlər, Damla oxuyub. Damlaya mesaj yazdım. Deyirəm ki, iki dəfə belə bir şey olub, bir dəfə də Aysunla oxuyanda baş vermişdi. Həmin məqamda da Damlaya yazdım, prodüseri dedi ki, o, mahnıya ürək qoyub, dedim yaxşı.

Aradan bir ay keçmədi, Damlanın başına böyük problem gəldi. Onu ortaq dostlarımla tanış etdim, Rusiyada onların ətrafında bir tanışları yoxdur ki, başlarına iş gəlsə, əllərindən tutsunlar. Anası və bacısı ilə danışıb ürək-dirək verdim, hər şeyi yoluna qoydum. Pandemiya dövründə Damla Dağıstanda yolun qırağında qalmışdı. Mən onunla bərabər iki kişini həmin hadisədən qurtarıb, evimə gətirdim, baxdım. İndi niyə deyirəm, çünki bir dəfə də bu problem olmuşdu, dedi ki, 3 min manat xərc çəkmişəm, sonra başına o, hadisə gəldi, mən onu 100 minlik işdən qurtardım. İndi də sən Rəqsanənin adını eşidib, deyə bilərdin ki, oxumuram.

Pandemiya dövründə onu mənim dostlarım həmin hadisədən qurtarıb ad günümə görə evlərinə göndərdi. Dedilər ki, sənə hədiyyə olsun. Yaxşılığı itirmək olmaz. Nə qədər ki, Şamil (Damlanın prodüseri-red.) yanındadır, onun ətrafı olmayacaq, həmişə problem yaşayacaq. Bu gün efirdə maskalanmaq lazım deyil. Sonra sənin verilişinə çıxdı, sənə də dedim ki, məni efirə qoşardın, deyərdim ki, onu kim Azərbaycana göndərib. Hədə-qorxu etmirəm, amma bilirsən ki, mənimlə problem edə bilməzsən. Mənə deyirdin ki, heç bir müğənni ilə münasibətin yoxdur, mənimlə ana-bacı kimisən, amma sən onu da itirdin”.

Qeyd edək ki, sözügedən mahnını 6 gün öncə Damla, 5 gün əvvəl isə Rəqsanə təqdim edib.