Dünya

“Kirmandakı terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub” – İran DİN

“Kirmandakı terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub” – İran DİNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən bir neçə nəfər həbs olunub.

7Times.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Həmçinin qeyd olunub ki, kəşfiyyat orqanları hadisə ilə bağlı müəyyən detallar toplaya bilib. Konkret olaraq hansı detallardan söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.