Maqazin

“Kişi evdən çıxdısa, sənin deyil” – Xuraman

“Kişi evdən çıxdısa, sənin deyil” – Xuramanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Qadınlar, kişilərin telefonunu axtarmayın, axtarsanız tapacaqsınız. Özünüzü sevin. Onsuz da ideal insan yoxdur. Düşünürəm, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz. Çalışın, əsas pərdəni aradan götürməyin. Elə idarə edin ki, nə şiş yansın, nə də kabab”.

 

 

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı MTV-yə açıqlamasında deyib. Həyat yoldaşı Elçin Məmmədovdan danışan sənətçi bunları əlavə edib:

“Yoldaşımla çox gözəl dostuq. Bizim ailə həyatımız dostluqdan başlayıb. Ona görə də biz bir-birimizə güzəştə gedirik. O məni çox anlayır. Əlbəttə ki, ailədə daha çox kişinin sözü üstün olmalıdır.

Qadında da günah olur. Bəzi kişilərin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın var ki, deyir ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır, ya da  başı başqasına qarışır. Mənim həyat yoldaşımda qısqanclıq yoxdur. Büruzə də vermir. Arada deyirəm ki, bu məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir”.

Xuraman xanımlara məsləhət də verib:

“Mən araşdırma etməyi sevirəm, zamanım olanda da psixoloq yanına gedirəm. Gərək axtarmayasan, axtarsan tapacaqsan. Ona görə özünüzü sevin, qiymət verin. Qarşı tərəfə də sevginizi elə miqdarda verin ki, nə o sizdən bezsin, nə də arxayın düşsün. Özünüzü, bir çiçək, sevdalı, baxımlı bilin. Ailədə pərdəni aradan götürməyin. Kişi də qadını o qədər sevməlidir ki, qadın ondan arxayın olmalıdır. İdeal insan yoxdur, axtarmayın. Həyat yoldaşınıza da ideal kimi baxanda çox pis əziyyət çəkəcəksiniz. Qadınlar, kişilərin telefonunu axtarmayın. Gələr qrupa şəkil düşər, evdə qırğın olar”.