Heyvana çevrilmək arzusunda olan Yaponiya sakini it olmaq üçün iki milyon yen (14 457,6 dollar) xərcləyib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, xəyalını gerçəkləşdirmək üçün Toko adlı kişi filmlər, reklam çarxları və əyləncə müəssisələri üçün heykəllər və modellər üzrə ixtisaslaşan firmaya müraciət edib və Kolli köpək itinin real kostyumunu sifariş verib.
Kostyumun yaradılması 40 gün çəkib və bir neçə nümunə götürülüb. Şirkət əməkdaşının sözlərinə görə, sifarişi yerinə yetirmək asan olmayıb.
- Nişanlısı onunla keçirdiyi hər il üçün 5 milyon dollar tələb etdi
- Məşhur cütlük nişanlandı – FOTO
- Tamada toyda bəyə aşiq oldu: Bir ildən sonra görün nə baş verdi?
“Bir itin və insanın skeletinin quruluşu çox fərqli olduğundan, insan şəklini itə bənzətmək üçün çox vaxt sərf etdik. Bundan əlavə, gözəl Kolli yununu əldə etmək və onu təbii göstərmək üçün müxtəlif bucaqlardan çəkilmiş fotoşəkilləri topladıq”, – o, söyləyib.
“Düşündüm ki, mənimlə təxminən eyni ölçüdə olan bir heyvan yaxşı görünəcək. Kolli mənim sevimli it cinsimdir”, – Toko deyib.
Toko onun Kolli kostyumu geyindiyini və it kimi yeridiyini əks etdirən video yayıb. Onun “pəncəsini” yelləyərək bir tərəfə yıxıldığını görə bilərsiniz, əsl itin edə biləcəyi kimi.