Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Avroviziya mahnı müsabiqəsini sərt şəkildə tənqid edib.
7Times.az haberler-ə istinadla bildirir ki, millət vəkili 68-ci Avroviziya müsabiqəsinin qalibi Nemo Mettleri geyiminə görə qınayıb.
“2024-cü ildə keçirilən “Eurovision” mahnı müsabiqəsi insanlığın necə bir təhdidlə üz-üzə qaldığının göstəricisidir. Sənətdən çox siyasi məzmunlu müsabiqədə əxlaqın çöküşü, kişi ilə qadın arasında 3-cü növ cinsin tədavülə çıxması ilə marjinallığın dozu artırılıb. Avroviziyada birinci olan şəxsin mini ətək, çəhrayı kürk geyinməsi utancvericidir. Bunun adı müasirlikdirsə, batsın belə anlayış”, – o, söyləyib.
Follow @7timesaz