Maqazin

“Kişi var ki, kənarda 3-4 qadın saxlayır, evdəki həyat yoldaşı isə…”

“Kişi var ki, kənarda 3-4 qadın saxlayır, evdəki həyat yoldaşı isə…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sevməyib ailə həyatı quranda belə həyat yoldaşıma ayıbım, dostlarıma qarşı xəyanətim olmayıb”
“Bir neçə həmkarım ilə duet ifa etmişəm. Hansı ki, hamı onları çox yaxşı tanıyır, sevir. Deməzdim ki, duet ortağını mən özüm seçirəm. Mən sadəcə hər dəfə qarşıma maraqlı iş görməyi məqsəd qoyuram. Sonuncu duetim də məhz belə yaranıb. Mən həmin müğənninin repertuarına müraciət etmişdim, o da dəyər verib, təşəkkür etmək üçün mənə təklif etdi ki, duet oxuyaq. Mən heç vaxt duet oxumaq üçün kiməsə müraciət etməmişəm. Həm də “yox” cavabını eşitmək istəmirəm”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əminə Şirin deyib.
O “Alim Qasımov, İlqar Muradov, Eyyub Yaqubov kimi sənətkarlarla duet oxumaq istərdiniz?” sualına isə belə cavab verib.
“Xeyr, heç biri ilə duet oxumaq istəməzdim. Alim Qasımovla son illər çox müğənni duet oxuyur. Hər bir müğənni fikirləşir ki, Alim Qasımovla duet oxuyum. Sağ olsaydı Mirzə Babayevlə duet oxumaq istərdim. Hətta ona özüm təklif edərdim. Çünki çox obrazlı sənətkarımızdır. Mən duet oxumaq istədiklərimin çoxu həyatda yoxdurlar” deyə müğənni bildirib.
““Ayıb” adlı mahnınız çox sevilir. Sizcə bütün insanların ayıbı olur?” sualına isə Əminə Şirin belə cavab verib.
“Mən deməzdim ki, bütün insanların ayıbı olur. Səhv insan üçün yaranıb. Bütün insanlar səhv edə bilərlər, amma hər səhv ayıb deyil. Biri var səhv, biri də var xəyanət. Xəyanət deyəndə ancaq kişi-qadın münasibətindən söhbət getmir. Bir insana inanırsansa, onun inancını heçə sayıb, kürəyindən vurursansa, dostluq edib arxasınca başqa işlər çevirirsənsə bunlar hamısı ayıb işlərdir. Bu işləri mənə qarşı edənlər də olub. Övlad var ki, ata-anasını aparıb qocalar evinə atır. Ana-ata var ki, uşağını internata atır. Qadın var ki, evdə həyat yoldaşı, kənarda da sevgilisi var. Yaxud da kişi var ki, həyat yoldaşı onun üçün evdə əldən-ayaqdan gedir, bu kənarda 3-4 qadın saxlayır. Danışanda da deyirlər ki, kişilərə olar, qadınlara olmaz. Bunların hamısı mənim aləmimdə ayıbdır. Məndən soruşsalar ki, sən bu ayıb hərəkətlərdən heç birini etməmisən?! Mən də cavabında deyərəm ki, bir adam gəlib çıxıb qarşımda desin ki, sən mənə qarşı ayıb hərəkət etmisən! Heç sevməyib ailə həyatı quranda belə həyat yoldaşıma ayıbım, dostlarıma qarşı xəyanətim olmayıb. Ona görə də hər zaman bütün münasibətləri bitirən mən olmuşam. İstər dostluq, istər sevgi, tanışlıq, istərsə də qohumluq bağı olsun. Bu sözü fəxrlə demirəm, sadəcə məni buna vadar ediblər” deyə tanınmış müğənni deyib.