Müğənni Şakira “Barbie” filmini kişilər haqqında yanlış təsəvvür yaratdığına görə tənqid edib.
OLAY yazır ki, bu barədə “Daily Mail” məlumat verib.
“Kişilərin kişi kimi olmasını, onları qorumaq və təmin etmək imkanından məhrum etmədən qadınları gücləndirməyə çalışılmasını sevirəm. Mən qadınlara bütün vasitələrin verilməsini istəyirəm. Bütün bunlardan mahiyyətimizi, qadınlığımızı itirmədən istifadə edə biləcəyimizə inanıram”, – deyə, Şakira bildirib.
Sənətçinin sözlərinə görə, oğulları Saşa və Milanın da film xoşuna gəlməyib.
Şakira hesab edir ki, ekran işində kişi görüntüləri çox qadına xas olub. Sənətçi iki oğul anası kimi övladlarının qadınlara hörmətlə yanaşıb güclü hiss etmələrini istədiyini deyib.
O bildirib ki, kişilər və qadınlar müxtəlif sosial rollara malikdir. Ona görə də münasibətlərdə bir-birilərini tamamlayırlar.