Yamayka millisinin üzvi Kahim Perris karyerasını Misli Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az “aroged” ə istinadən xəbər verir ki, “Sabah” Kiyev “Dinamo”sunun sağ cinah yarımmüdafiəçisini icarəyə götürməyi planlaşdırır.
Xəbərə görə, “bayquşlar” icarə müqaviləsi başa çatandan sonra Perrisin transfer hüquqlarına da yiyələnə biləcək.
Qeyd edək ki, 23 yaşlı Kahim “Dinamo”ya 2022-ci ilin sentyabrında Slovaniya “Koper”indən 1 milyon avroya transfer olunub. 184 santimetr boya malik orta xətt oyunçusu vaxtdan bəri klubda 15 oyuna çıxaraq 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz