“Canlı yayımdan da görünür ki, “Rusiyanın hücum edəcəyi gün” Ukrayna paytaxtında tam sakitlikdir…”
“Reyters”(Reuters) agentliyinin Ukrayna paytaxtından canlı yayımında keçmiş sovet dövlətinin himni səslənib.
Moderator.az bu haqda lenta.ru-ya istinadla xəbər verir.
“Reuters” Kiyevdən “Rusiya-Ukrayna böhranı fonunda Kiyev Maydanına baxış” adlı canlı yayıma start verib. Yayım çərşənbə axşamı, fevralın 15-də agentliyin “YouTube” kanalında başlayıb. Verilişin gedişində fonda başqa musiqilər də eşidilib.
“Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çıxardığını deyir, Qərb isə hələ dəlil görmədiyini bildirir”, – video-görüntünün altında belə yazılıb.
P.S. Canlı yayımdan da görünür ki, “Rusiyanın hücum edəcəyi gün” Ukrayna paytaxtında tam sakitlikdir… Heç bir müharibə-filan yoxdur…
SSRİ himni səslənən video-yazı burada: //ria.ru/20220216/gimn-1773027923.html
Aşağıdakı canlı yayımdır: