Kiyev-Batumi reysi üzrə hərəkət edən sərnişin təyyarəsi Tbilisi Beynəlxalq Hava Limanında təcili eniş edib.
7Times.az Batumi Beynəlxalq Hava Limanının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Yan Air” aviaşirkətinə məxsus təyyarə qeyri-sabit hava şəraiti səbəbindən təcili eniş etməli olub.
Məlumata əsasən, sərnişinlər güclü yağış və duman səbəbindən Tbilisi aeroportunda bir neçə saat gözləməli olub. Saatlar sonra duman çəkilib və təyyarə Batumi istiqamətində hərəkətini davam etdirib.
Həmçinin qeyd olunub ki, digər reyslər plana uyğun olaraq həyata keçirilib və qeyri-sabit hava səbəbindən başqa heç bir gecikmə olmayıb.
Follow @7timesaz