Ukrayna böhranını həll etməyin yeganə yolu Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etməkdir.
7Times.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Yeddi il əvvəl, məhz bu gündə Minsk razılaşmaları imzalandı. O vaxtdan bəri Kiyev Qərb ölkələrinə söykənərək, öz öhdəliklərini ardıcıl olaraq sabotaj edir”, – Polyanski vurğulayıb.
O bildirib ki, Minsk razılaşmaları Ukrayna böhranının həlli üçün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən yeganə plandır.
Qeyd edək ki, Minsk razılaşmaları 2015-ci ilin fevralın 15-də qüvvəyə minib.
Follow @7timesaz