Dünya

“Kiyevlə danışıqlara hazırıq, NATO və ABŞ isə bunu istəmir” – Vladimir Putin

“Kiyevlə danışıqlara hazırıq, NATO və ABŞ isə bunu istəmir” – Vladimir Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Kiyevlə danışıqlara hazırdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika İqtisadi və Humanitar Forumu çərçivəsində çıxışı zamanı deyib.

Amma o, ABŞ və NATO-nun Ukrayna ilə danışıqların həyata keçirilməsinə mane olduğunu açıqlayıb.

V.Putin buna görə də Ukraynanın danışıqlardan imtina etdiyini söyləyib.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov da Rusiyanın danışıqlara hazır olduğunu söyləyib.