Aktual

Kliçko: “Kiyevi tərk edənlərin 3-də 2-si artıq şəhərə qayıdıb”

Kliçko: “Kiyevi tərk edənlərin 3-də 2-si artıq şəhərə qayıdıb”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibədən sonra paytaxt Kiyevi tərk edənlərin 3-də 2-si artıq şəhərə qayıdıb”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, tövsiyələrə baxmayaraq, insanlar hər gün qayıtmaqda davam edirlər: “Biz onlara bununla bağlı qadağa qoya bilmərik. Biz ancaq onların hələ ki, şəhərə qayıtmamaları üçün tövsiyələr edə bilərik. Hazırkı situasiyada şəhərə qayıtmağa dəyməz. Çünki ictimai nəqliyyat işləmir, hər postda yoxlamalar keçirilir”.

Şəhər meri qeyd edib ki, Kiyevi müdafiə edən hərbçilərin şəhərin raket atəşinə tutulacağı təhlükəsinin mövcud olduğunu bildiriblər. Kliçkonun sözlərinə görə, daha bir təhlükə isə Kiyev vilayəti ətrafında minadan təmizləmə işlərinin görülməsi ilə bağlıdır.

O, təəssüflə minaların partlaması nəticəsində bir neçə nəfər öldüyünü də xatırladıb.