Maqazin

“Klon”un aktyorları Zoraydedən yazdılar…

“Klon”un aktyorları Zoraydedən yazdılar…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Klon” serialının aktyorları bir neçə gün öncə vəfat edən, ekran işinin Zoraydesi Candıra Martini ilə bağlı paylaşım ediblər.

OLAY yazır ki, Hadi obrazını canlandıran Covanna Antonelli mırhumla fotolarını paylaşaraq ürək və ulduz emojiləri qoyub.

Serialın Saidi Dalton Viq isə həmkarı haqqında bu sözləri qeyd edib:

“Üstündən 20 ildən çox vaxt keçsə də, xatirələr hələ də yaddaşımızda çox canlıdır. Teatr, peşə və həyat haqqında söhbətlər, pərdəarxasında çoxlu gülüşlər. Səninlə işləmək şərəf idi, Candıra! Hər şey üçün minnətdaram”.

Qeyd edək ki, sənətçi xərçəng xəstəliyindən 78 yaşında dünyasını dəyişib.