“Klon” serialı ilə ulduzu parıldayan Covanna Antonelli İnstaqramda yeni fotolarını paylaşıb.
OLAY yazır ki, yarıçılpaq şəkil çəkdirən aktrisa “Bazar… Bazar günü, Tanrım!”,- şərhini yazıb.
Qeyd edək ki, Antonelli tez-tez sosial şəbəkələrdə bədənini nümayiş etdirən şəkillər yerləşdirir. Aktrisa müsahibəsində hər gün idmanla məşğul olduğunu, ən çox sevdiyi qarın hərəkətinin plank olduğunu demişdi.