Dünya

Koçaryan xalqa müraciət etdi: “İndi Rusiyaya qarşı…”

Koçaryan xalqa müraciət etdi: “İndi Rusiyaya qarşı…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ikinci Prezidenti Robert Koçaryan Rusiyanın Qafqazda dəstəyi olan Ermənistanın mövqeyinin zəiflədiyini deyib

Gundem.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Styopa Səfəryan öz Facebook səhifəsində yazıb. O, Ermənistanın silah tədarükündəki uğursuzluğundan danışıb:

Bəs onun 2 ildir zəif müttəfiqinə silah satmaması, üstəlik, 600 milyon alıb, pulu götürüb, silahı verməməsinin izahı yoxdurmu?”,-deyə o bildirib.

Xatırladaq ki, ER hökumətinin dünənki iclasında ER baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Azərbaycan müttəfiqlərimizlə münasibətlərdə müəyyən uğurlara malikdir və Ermənistana silah verilməməsinə çalışır.

Milyonlarla dolların ödənildiyi hallar var, lakin silah tədarükü müttəfiq ölkələr tərəfindən həyata keçirilmir. Bu, ağrılı reallıqdır və biz bu vəziyyəti dərindən təhlil etməliyik”,- Paşinyan deyib.

Ötən gün Robert Koçaryan da bəyan edib ki, Rusiya Rusiya-Ukrayna münaqişəsi ilə sıxışıb. Onun strateji müttəfiqi Ermənistanın məğlubiyyəti ilə Rusiyanın regiondakı rolu da azalıb.

Bu gün Rusiya da Azərbaycanla belə (strateji) əlaqələr qurmağa çalışır. İndi Rusiyanı öz milli maraqlarından çıxış edərək addımlar atmaqda günahlandırmaq mənasızdır. Cəmiyyətimizi Rusiyaya qarşı kəskinləşdirmək bizim üçün daha pis olacaq”,- deyən Koçaryan Rusiya ilə daha fəal işləməyi zəruri hesab etdiyini qeyd edib. Onun fikrincə, Rusiyaya belə siyasətlə Ermənistanı itirə biləcəyi göstərilməlidir.