Vaxtilə Azərbaycana meydan oxuyan, əli günahsız həmvətənlərimizin qanına bulaşmış, hazırda isə ən rəzil günlərini yaşayan Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryanın korrupsiya cinayətlərilə bağlı hüquqi prosedurlar davam edir.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Koçaryanın bütün ailə üzvləri prokurorluğa çağırılıb. Onların arasında Koçaryanın gəlinləri də var. Prokurorluq bu şəxsləri Koçaryanın oğurladığı var-dövlətin, əmlakların müsadirəsilə bağlı prosedurda iştirak etmək üçün çağırıb.Qeyd edək ki, bundan öncə Ermənistan Anti-korrupsiya məhkəməsi Koçaryan ailəsinin qanunsuz ələ keçirdiyi əmlakların müsadirə edilməsinə dair qərar çıxarıb.
Follow @7timesaz