Manşet

“Konserti təxirə saldıq, 50 min tl də ianə etdim”

“Konserti təxirə saldıq, 50 min tl də ianə etdim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən iki dəhşətli zəlzələnin ardından Azərbaycanda minlərlə insan qardaş ölkəyə dəstək kompaniyasına başladı. Dəstəyini əksik etməyən insanlar arasında tanınmış simalar da var. Bu simalardan biri də məşğur müğənni Ayaz Babayevdir.

Mövzu ilə bağlı 7Times.az-a danışan müğənni bildirib ki, o, baş vermiş fəlakətlə əlaqədar konsertini təxirə salıb:

“14 Fevral Gəncədə konsertim olacaqdı. Martın 5-nə təxirə saldıq , fevralın 9-u artıq biletlərin 90%-i satılmışdı, qalan 10% də hər zaman son 3 gündə satılır , çox əla gedirdik. Fevralın 14-ü artıq Türkiyədə bir həftəlik milli yas bitmiş olacaqdı. Amma 20.000-dən çox insanın ölümü qarşısında heç kəs əylənə bilməyəcəkdi, mən də ifa edə bilməyəcəkdim deyə , təxirə saldım. 50 nəfərlik komanda gedirik Gəncəyə , bütün ön ödəmələr batdı, biletləri qaytaranlar oldu, ən böyük maddi zərəri mən aldım, amma üzülmürəm, çünki bunları gözə alıb etdim bunu və 5 marta qədər Filarmoniyanı tam dolduracağıma da əminəm. Bu konsertdən gəlir, demək olar ki, götürmürük. Götürdüyümüz gəlir də Türkiyəyə ianə ediləcək.”

Müğənninin sözlərinə görə, o bugünədək Türkiyəyə 50 min tl ianə edib:

“Hal-hazırda Türkiyəyə 50.000 tl ianə etmişəm , 20.000 tl bir dostumuz vasitəsi ilə göndərdim, 30.000 isə birbaşa Ahbap-a göndərdim. Türkiyənin yaxşı günü də pis günüdə bizimdir,biz qardaş ölkəyik və bu qardaşlıq əbədidir. Keçmiş olsun bütün dünyaya , böyük fəlakətdir,əsrin fəlakəti və ümumiyyətlə quruda olan ən böyük zəlzələdir, məncə son 100 ildə , Allah bir daha yaşatmasın,qurbanlara rəhmət,yaralılara şəfa hamımıza isə səbr, güc arzu edirəm”

7Times.az