Ölkə

Konstitusiya Məhkəməsi daha bir qanunun təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edib

Konstitusiya Məhkəməsi daha bir qanunun təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konstitusiya Məhkəməsinin Plenumunda “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair müraciətə baxılıb.

E-huquq.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü (iştirak haqqı heç bir halda geri qaytarılmır) maddəsinin tələbləri həmin Qanunun 11.1-ci (tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir) maddəsində göstərilən əsasa görə baş tutmayan tenderə şamil edilə bilməz.

Eyni zamanda “Dövlət satınalmaları haqqında” qanunun təkmilləşdirilməsi Milli Məclisə tövsiyə olunub. Məsələ qanunvericilik qaydasında həll edilənədək “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin gələcəkdə keçirilən tenderlərdə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının əvəzləşdirilməsi Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit olunmuş artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi qaydalarına uyğun olaraq həyata keçirilməlidir.