Xəstəliyinin müalicəsi üçün 254 min manat lazım olan Xalq artisti Könül Xasıyeva yenidən sənət yoldaşlarına müraciət edib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
“Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəm mi buna? Axı, siz məni çox sevirsiniz”.
Qeyd edək ki, xanəndə müalicəsi üçün Almaniyaya gedəcək.
Follow @7timesaz