“Konyaspor” klubu Azərbaycan millisinin üzvü Mahir Emrelinin transferini rəsmən açıqlayıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 26 yaşlı hücumçunu mövsümün sonuna qədər birbaşa transfer şərti ilə “Dinamo”dan icarəyə götürüb.
Emreli Zaqreb təmsilçisi ilə cari mövsüm 13 oyuna çıxıb, 3 qol vurub.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmi olaraq açıqlanır-açıqlanmaz, türkiyəli futbolsevərlərin qəlbini fəth edib. Yerli mətbuatın yaydığı məlumata görə, Emrelinin Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə həsr etdiyi paylaşım azarkeşlər tərəfindən yüksək qiymətləndirilib.