Dünya

Koreya Respublikası və ABŞ hərbçiləri birgə təlim keçirəcək

Koreya Respublikası və ABŞ hərbçiləri birgə təlim keçirəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikası və ABŞ hərbçiləri martın 13-dən 23-dək kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” adlı birgə komanda-qərargah təlimi keçirəcək.

7Times.az  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu il təlimlər fasiləsiz davam edəcək və kompüter simulyasiyasına əsaslanan ən uzunmüddətli təlim olacaq. Bununla birlikdə “Warrior Shield” səhra manevrləri baş tutacaq ki, bu da birgə fəaliyyətlərin “realizmini” artırmaq üçün nəzərdə tutulub. Eləcə də böhran vəziyyətlərinin idarə edilməsi ilə bağlı 4 günlük təlim də nəzərdə tutulub.