Koronavirusdan qorunmaq üçün gümüşün istifadəsi ilə innovativ maska hazırlanıb.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Serbiyanın Ticarət Palatası xəbər yayıb.
Gümüş maska ən müasir nanotexnologiyalardan istifadə olunmaqla düzəldilib.
“Gümüş ionları və zeolit (mineral) ultrasəs ionlaşdırma üsulu ilə parçaya inteqrasiya olunur, nəticədə əlavə bir qoruma qatı təmin edilir”, – deyə məlumatda bildirilib.
Serbiyalı alimlərin hazırladığı yeni ixtira oktyabr ayının ortalarında bazara çıxarılacaq.
Oxu.az
Follow @7timesaz