Dünya

Koronavirusa yoluxanların sayı 38 milyonu keçdi

Ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb.

Koronavirusa yoluxanların sayı 38 milyonu keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 38 milyon nəfəri ötüb.

7times.az Worldometer saytına istinadən xəbər verir ki, indiyədək dünya ölkələri üzrə koronavirusa 38 milyon 121 min 613 yoluxma, 1 milyon 86 min 640 ölüm faktı qeydə alınıb.

Son məlumatlara əsasən, 28 milyon 646 min 757 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 8 milyon 388 min xəstədən 69 mininin vəziyyəti ağır qiymətləndirilir.

Ən çox yoluxma (8 milyon 38 min 543) və ölüm halı (220 min) ABŞ-da qeydə alınıb. yenisabah.az