Koronavirusdan sağalanların vaksinasiyası xəstəliyə qarşı anticisimlərin keyfiyyətini artırır  

Koronavirusdan sağalanların vaksinasiyası xəstəliyə qarşı anticisimlərin keyfiyyətini artırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı həkimlər müəyyən ediblər ki, koronavirusdan sağalan insanların peyvənd edilməsi təkcə COVID-ə qarşı anticisimlərin konsentrasiyasının artmasına deyil, həm də onların keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarır.

Alimlərin tapıntısı “mBio” jurnalında dərc edilən məqalədə əks olunub.

“Müşahidələrimiz göstərdi ki, sağalanların peyvənd edilməsi onların orqanizmindəki anticisimlərin sayını artırmaqla yanaşı, keyfiyyətini də yaxşılaşdırır. Biz anticisimlərin tədricən daha təsirli olacağını güman edirdik. Lakin bunun belə tez baş verəcəyini gözləmirdik”, -deyə Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Otto Yanq bildirib.

Qeyd edək ki, elmi tədqiqat 2020-ci ilin birinci yarısında koronavirus infeksiyasına yoluxmuş və sonradan “Pfizer” və ya “Moderna” peyvəndi ilə vaksinasiya olunmuş Los-Anceles sakinləri üzərində keçirilib.//oxu.az