Amerikanın “Virgin Galactic” şirkəti kosmosa turistik uçuşlara bilet satışını bərpa edir.
7Times.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.
Şirkət geniş kütlə üçün bilet satışına fevralın 16-sı başlayır.
Şirkət bu il təqribən 1000 nəfərin bilet alacağını təxmin edir. Kosmosa biletin qiyməti isə 450 min dollar təşkil edir. Bu məbləğin 150 min dolları dərhal depozit qismində ödənilməli, qalan hissəsi isə səyahətdən əvvəl verilməlidir.
Bildirilir ki, təqribən 700 nəfər artıq kosmosa uçuş üçün maraq göstərib. Həmin şəxslər sırasında Leonardo Di Kaprio, Tom Henks və Ancelina Coli kimi məşhurlar da var.
“Virgin Galactic” kommersiya uçuşlarına bu ilin sonunda başlamağı planlaşdırır.
Bununla yanaşı, 2023-cü ildə iki kosmik gəminin hər ay 3 turistik səfər həyata keçirəcəyi gözlənilir.
Follow @7timesaz