“Atletiko Mineyro”nun futbolçusu Dieqo Kosta klubundan ayrılıb.
7Times.az Qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, azad agent statusu alıb.
Kosta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.
Qeyd edək ki, Kosta karyerası ərzində “Atletiko”, “Çelsi” kimi klublarda oynayıb.
Follow @7timesaz