İdman

Koutinyo İstanbul nəhənginin hədəfində

Koutinyo İstanbul nəhənginin hədəfindəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş” heyətinə yeni futbolçu cəlb etməyi planlaşdırır. 

Fanat.Az xəbər verir ki, Türkiyə klubu “Aston Villa”nın futbolçusu Filippe Koutinyonun xidmətində maraqlıdır.

Bu barədə “Diario Sport” məlumat yayıb. Xəbərə görə, İstanbul təmsilçisi 31 yaşlı braziliyalı yarımmüdafiəçini azad agent kimi əldə edə bilər.

Satınalma variantı 8 milyon avro təşkil edə bilər, icarə şərtlərinə görə isə maaşın 60%-ni birminqenlilər ödəməlidir.

Qeyd edək ki, Koutinyo “Aston Villa”ya 2022-ci ildə “Barselona”dan keçirib. İngiltərə klubu “sambaçı” üçün 20 milyon avro ödəyib. 39 oyunda meydana çıxan yarımmüdafiəçi 6 qola imza atıb.